Fələyin gözləri bəlkə çaş.olub.
Dörd yanı qüssədən daim yaş olub.
Dünya nədən belə ayaq-baş olub,
Tarixin yerinə zaman oturub.
Səadət oyanıb göz xanasında,
Həqiqət dayanıb söz xanasında,
Mənim ümidimin astanaslnda,
Kədər bardaş qurub, yaman oturub.
Qədrini bilmədik vəslin vaxtında,
Gümüşü taleyin, qızıl baxtın da.
Dünyanın ən uca şahlıq taxtında,
Ayrılıq qəlbinə daman oturub.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!