Amansız həsrətin qəddimi əyib,
Dərdindən quruyub kaman olmuşam.
Yoxluğun xətrimə yamanca dəyib,
Gözündən qanlı yaş daman olmuşam.
Daha qalmayıbdır hicrana dözüm,
Qapqara kül olub işaran közüm.
İlahi yuxunu de, necə yozum,
Özüm də bilmədən şaman olmuşam.
Dağlara qalxıram çənlə birlikdə,
Qəlbim də qocalır dənlə birlikdə.
Ay mənim əzizim, sənlə birlikdə
Quş tək uçub gedən zaman olmuşam.
05.08.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:48:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/zaman-olmusam.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!