Məni məndən eyləyən üzügülər cavan oldu,
Yolunu gözlədim hey, bağrım başı al qan oldu.
Bilirəm, gəlməyəcək, özgə nigar aşiqidir,
Qanadı yarələrim, yer də, göy də əfqan oldu.
Sanırdım hicranına dözə bilərəm, əzizim,
Vaxtsız gələn ayrılıq niyə belə yaman oldu.
Hicrin gözləri gülər, fərəhindən lovğalanar,
Ürəyim qan ağlayan,nalə çəkən kaman oldu.
Gözlədim vüsalını, qapımı belə açmadı,
Bəlkə möhnət dərdinə çarə təkcə zaman oldu...
Istədim son nəfəsdə qəbrinin üstünə gəlim,
Əcəldən ricam mənim bircə günlük aman oldu.
13.09.2018
Kayıt Tarihi : 15.9.2018 09:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/09/15/zaman-oldu-qezeli.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!