Hiss-həyacan dəlimi,
Buraxmaz ki əlimi.
Dalğaladar telimi,
Azca külək əsimi.
Ay əzizim,dur- dayan,
Görüşə hazır hər an.
Müvəqqətidir hicran,
Bu bir zaman kəsimi,
Sonu puç məhəbbətin,
Yox əzəlki qüdrəti.
Gözü doysun həsrətin,
Ayrılıqlar bəsimi?
Nə qaldı ki dünündən,
Qəm duyular ünündə.
İstəsəm qış günündə,
Əsər bahar nəsimi.
O, adil bir Qibləgah,
Tək odur bizə pənah.
Bilirəm, qadir Allah,
Eşidəcək səsimi.
Kayıt Tarihi : 30.1.2023 15:06:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!