Zaman isterem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zaman isterem

Aşiq dərd əlindən meyl edər meyə,
Qəlbində vüsala güman istərəm.
Zalımın pisliyin görməyim deyə,
Gözümün önündə duman istərəm.

Arzular ümiddən su içsin hər vaxt
Insan sevdiyini dost seçsin hər vaxt.
Yaxşının həyatı xoş keçsin hər vaxt,
Pislərin ömrünü yaman istərəm.

Fəlakət önündə özünü cəmlə,
Ürəyim doludur kədərlə, qəmlə.
Islanıb gözlərim soyuq bir nəmdən,
Dərdimi deməyə kaman istərəm.

Payızda köç edər durnalar yenə,
Su üstdə görünməz sonalar yenə.
Baxmasın yollara analar yenə,
Həmişə sülh dolu zaman istərəm.

Qoy keçsin həyata arzum,muradım,
Qoşa övladımdır bir cüt qanadım.
Hələ qabaqdadır toyum, büsatım,
Mən uca Tanrıdan aman istərəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu