Kədər ayrılıqla əl-ələ gəzir,
Arayıb-axtarıb vəlvələ gəzir.
Elə bil canında zəlzələ gəzir.
Gözümün yaşından zaman diksinir.
Qızılgül həsrətdən qonuşmayır ki...
Bülbül sevgisinə qovuşmayır ki...
Hələ bir-birinə uyuşmayır ki,
Tar nalə çəkəndə kaman diksinir.
Bu qədər dərd çəkmək deyildir əbəs,
Bahar küləyi tək öz səmtinə əs.
Çayın gur səsinə oyanmayan kəs,
Şimşəyin səsindən yaman diksinir.
20.07.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 21.7.2018 15:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/07/21/zaman-diksinir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!