Astaca əsər nəsim,
Yox ondan yaxın kəsim.
Kimsə eşitməz səsim,
Aman o aman deyil.
Üstün nəqqaş bəzəyər,
Almazdan daş bəzəyər.
Min cür ləl-qaş bəzəyər,
Kaman o kaman deyıl.
Qəm fərəhlə deyişib,
Həsrət mənlə döyüşüb.
Deyirlər çox dəyişib,
Zaman o zaman deyil.
Kayıt Tarihi : 30.6.2018 13:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!