Gizlicə qapını açıb gediblər,
Deyəsən qoşulub qaçıb gediblər.
Xəyallarım çoxdan uçub gediblər,
Ümidlərim yatıb yuxuya qalıb.
Deyirəm bəlkə də yadam, yanlamaz,
Onunla dostluğa şadam, danlamaz.
Elə bil vampirdir adam anlamaz,
Yolunu dəhşətə, qorxuya salıb.
Tayı yox zümrüdgöz qalın meşənin,
Ceyranlı, cüyürlü yaşıl guşənin.
Ətiri yayılıb qız bənövşənin,
Ürəyim vazkeçməz qoxuya dalıb.
10.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!