Görən heç xatirən acı çəkdimi,
Ymənsiz tənhadımı, sənsiz təkdimi.
Yavaşca əyilib öpdün şəklimi,
Yuxuna-yuxuna girmişəm, gülüm.
Sağ ol ki sən mənə könlünü açdın,
Dünyama günəş tək gur işıq saçdın.
Qəfil səs eşidib üstümə qaçdın,
Qorxuna-qorxuna gülmüşəm, gülüm.
Səni xatırladır şerimin sətri.
Tutubdur başında məhəbbət çətri.
Dünyanı bürüyüb qızılgül ətri,
Qoxuna-qoxuna gəlmişəm, gülüm.
Kayıt Tarihi : 21.7.2020 08:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!