Sənə aid olan bir xitabam mən,
Özgə,yad sözlərə toxuma məni.
Könüllər ağladan bir kitabam mən,
Oxuma,əzizim,oxuma məni.
Qalxaramgöylərin ənginə,eşqim
Həsrətəm bir anlıq zənginə,eşqim.
Bilirsən necə də zənginəm,eşqim.
Bələdsən azıma,çoxuma mənim.
Taleyi, qisməti yazıbdır qədər,
Biz ki yaşamadıq bu ömrü hədər.
Ürəyimdə qüssə,gözümdə kədər,
Holar,gəl bir dəfə yuxuma mənim.
Kayıt Tarihi : 16.6.2018 10:39:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/16/yuxuma-menim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!