Yuxuma gelmirsen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yuxuma gelmirsen

Elə istəyirəm mən görəm səni,
Bəs niyə yuxuma gəlmirsən,ata?
Alıbdır qoynuna dərdi-qəm məni,
Bəs niyə yuxuma gəlmirsən,ata?
Mənimlə birlikdə gülmürsən,ata.

Gec-gec görüşsək də mehriban idik,
Ikiyə bölünmüş iki can idik.
Çətində həm arxa,həm həyan idik,
Bəs niyə yuxuma gəlmirsən,ata?
Aradakı səddi dəlmirsən.ata.

Şad günümüz toydur,bəd günsə vaydır.
Yoxluğuna inanmıram,bir aydır.
Bu yay nə ağırdır.nə qara yaydır,
Bəs niyə yuxuma gəlmirsən,ata.
Niyə göz yaşımı silmirsən,ata.

Göz yaşlarım selə dönüb axacaq,
Baxışlarım şimşək olub çaxacaq.
Sənsizliyin hey yandırıb yaxacaq,
Bəs niyə yuxuma gəlmirsən,ata.
Matəmi,hüzünü görmürsən,ata.

Sən apardın ürəyimin sevincin,
Mən idim sədəfin,mən idim incin.
Yadından çıxmırsan qızın Sevincin,
Bəs niyə yuxuma gəlmirsən,ata.
Niyə həsrətimi bilmirsən,ata.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu