Hər bir şerim min sətirli,
Yağış sevməz gün çətirli.
Qızılgül tək xoş ətirli,
Şirin qoxum olacaqsan.
Qaranlıqdır ürək sıxan,
Işığın evini yıxan.
Bilirəm, mənim çin çıxan
Bəyaz yuxum olacaqsan.
Ay çiçəyin tökəmməyən,
Özünə yurd tikəmməyən.
Heç vaxt bitib tükənməyən,
Varım, yoxum olacaqsan.
Şanlı yoldur bu getdiyim,
Arzuya, kama yetdiyim.
Hər bir zaman fəxr etdiyim,
Azım, çoxum olacaqsan.
Hər sözünə “Can” dediyim,
Gözlərinə dan dediyim.
Bir az mənim çəkindiyim,
Bir az qorxum olacaqsan.
Kayıt Tarihi : 6.10.2020 11:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!