Bəxtəvər dünlərimin,
Şipşirin ünlərimin,
Fərəhli günlərimin.
Sayı min olmaz.
Bəzən insan həddin aşır.
Gördüyünə göz də çaşır.
Nifrətim sel kimi daşır,
Təkcə kin olmaz.
Səni görmək ülvi arzum,
Vəslin yollarını pusum.
Mən sonadək necə susum,
Danış-din olmaz.
Dəli külək kaş əsməyə,
Qarşımızı heç kəsməyə.
Eh, əbədi birləşməyə,
Qəlb əmin olmaz.
Boşa verdin sən xülyamı,
Tari-mar etdin dünyamı.
Çoxmu gördün xoş röyamı
Yuxum çin olmaz.
Kayıt Tarihi : 7.1.2023 10:53:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!