Yuxular Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yuxular

Vüsalın əlini sıxa bilməyir,
Hicranın köksündən çıxa bilməyir.
Gözünü üfüqdən yığa bilməyir,
Intizar içində qalıb yuxular.

Dostum, namə yazmnaq artıq köhnəlib,
Daha tez büdrəyir şeir köhləni.
Eh, minor ladında yenə köklənib,
Sənli xəyallar dalıb yuxular.

Bir vaxt çox yatana yamanca gülüb,
Sübh tezdən şehlicə iyləyib gülü.
Gəzirlər dünyanı yarımürgülü,
Görəsən yuxusun alıb yuxular?

Dalaşmam onunla tənəsi üstə,
Qonaq olmadığım binəsi üstə.
Elə hey gəzdirir sinəsi üstə,
Şəklini eh, kimdən çalıb yuxular?

Mənin sabahıma dünüm yetməyir,
Rahat yaşamağa günüm yetməyir.
Nə əlim çatmayır, ünüm yetməyir,
Yerini zirvədə salıb yuxular.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2023 11:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!