Yuxudan doyandım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yuxudan doyandım

Qarşıla sən ayı bir şamla,
Əks edər günəşi ilhamla.
Hər ulduz gözümdə bir damla,
Damlanın nuruna boyandım.

Uçubdur zülmətin barısı,
Dul qalıb həsrətin qarısı.
Yatmışdım gecənin yarısı,
Yuxudan səhər tez oyandım.

Oxun heç dəyməyir hədəfə,
Kənara sıçrayır hər dəfə.
Mən kömək edirəm zəifə,
Zalımın maskasın soyandım.

Gül-çiçək yüz ətir qoxudu,
Rəngarəng bir çələng toxudum.
Uşaqkən ah, nələr oxudum,
Kitabı əlimdən qoyandım?

Başımın üstündə cüt mələk,
Fərəhlə dolsun qoy hər ürək.
Yarımçıq oyatdı boz külək,
Şipşirin yuxudan doyandım...

Sevinc Arzulu
Kayıt Tarihi : 1.5.2022 15:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu