Yuxu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yuxu

Yuxumda bir nağıl gördüm,
Əsrarəngiz.
Yuxumda bir nağıl gördüm
Çox təbii, süni rəngsiz.

Gördüm küpəgirən qarı,
Cavanlaşıb, göyçəkləşib.
Süpürgənin üstdə deyil.
Taxtın üstündə əyləşib.

Su sonası Fatimələr,
Ayağına su tökürlər.
Nə qırx quldur quldur deyil,
Tənbəl Əhməd avara, veyl.

Sakitləşib təpəgöz də,
Söyləməyir yalan söz də.
Fırlanmayır uçuq ev də,
Acmayıbdır qara div də.

Nə dostlar yuxuya gedir,
Nə də Cırtdan suya gedir.
Sakitlikdir, atəşkəsdir,
Oyan, yuxu gördün bəsdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu