Yusifi-kenan meni qezel Şiiri - Sevinc A ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yusifi-kenan meni qezel

Cavanlıq əldən gedib,qocalığa yar olmuşam.
Mənalı baxışların önündəcə xar olmuşam.
Əvvəllər Leyli idim,dönüb Züleyxa olmuşam,
Bilmirəm bəyənərmi o Yusifi-Kənan məni.

Bülbülün ürəyindən keçər yatsın gül kolunda,
Eybi yox, sinəsinə tikan batsın gül kolundan.
Özgəsi barmağını qatlamaz da el yolunda,
Görərsiz xalqım üçün alışıban yanan məni.

Xatirəm hey yaşayar, könlünüzdə uyudarsız,
Hicrimi şeir deyib göz yaşıyla ovudarsız.
A dostlar, bilirəm ki siz də çətin unudarsız,
Sizləri qəlbə həmdəm,dərdə çarə sanan məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu