Bu gün sənin ad günündür,
Altı yaşın olur tamam.
Ən istəkli, şad günündür
Mən önündə yanan şamam.
Mənim əziz Yusifcanım,
Sənin ilə fəxr edirik.
Sən varlığım, şirin canım,
Dünya qədəri sevirik.
Məktəbə təzə gedirsən,
Öyrənirsən bu həyatı.
Ilk gündəncə qız sevirsən,
Ürəyində nələr yatır?
O kiçiçik ürəyinə,
Qurban olsun Sevinc nənən.
Sevinnəm hər diləyinə,
Dua-alqış edən mənəm.
Arzumdur tez böyüyəsən,
Yetkin yaşına dolasan.
Vətəninlə öyünəsən,
Qalib komandan olasan.
Atanın-ananın fəxri,
Baba-nənənin ümidi.
Dolanar dünyanın çərxi,
Qovar uzağa buludu.
Sənin də ailən olsun,
Yığ başına uşaqları.
Nə əkdiyin gülün solsun,
Nə sönməsin işıqların...
Kayıt Tarihi : 19.3.2020 10:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/19/yusife.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!