Uçub qaçar düzəcən,
Batar şehə dizəcən.
Artıq sayır yüzəcən,
Rəqəmləri çox sevir,
Yusif məktəbə gedir.
Var istiyə dözümü,
Yandıracaq közümü.
Itirirəm özümü,
O qədər sual verir.
Yusif məktəbə gedir.
Yolu uğurlu olsun,
Könlü nağıllı olsun,
Gözəl, ağıllı olsun,
Onundur zaman,devr
Yusif məktəbə gedir.
Boyu yüz qarış olsun,
Elmdə yarış olsun,
Dünyada barış olsun,
Sona yetsin çək-çevir,
Yusif məktəbə gedir.
Qocalmışam mən yəni?
Saçımda artıb dənim.
Ilahi, nolar məni,
Onun başına çevir.
Yusif məktəbə gedir.
Kayıt Tarihi : 5.10.2019 13:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!