Yurd salım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yurd salım

Yorulmaram sənə qalxan yoxuşdan,
Qaralmaram tale çəkən naxışdan.
Məni qoru əyri baxan baxışdan.
Gözlərinin daldasında yurd salım.

Ah-naləmə bürünməsin asiman,
Qan-yaş ilə bəzənməsin ay simam.
Körpə kimi mən suçsuzam,mə`sumam
Anaların laylasında yurd salım.

Sən olmasan qara geyər çəmənim,
Ay həsrətin buz suyunda çimənim.
Kimsə tapmaz,kimsə duymaz ki məni,
Sevənlərin sevdasında yurd salım.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 06:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu