Gül, əskik eyləmə naz baxışını,
Təbiət çəkməz ki az naxışını.
Sən necə sevərdin yaz yağışını,
Çiskini çox olan dumanam sənsiz.
Beynimdə vüsalın hıçqırıqları,
Hayana baxıram qəlb qırıqları
Yolüstü itirib ayrılıqları,
Bir parça təsəlli, gümanam sənsiz.
Tək-tənha sanıram sənsiz özümü,
Kimsəyə demirəm ürək sözümü.
Həsrətin qəmindən dolan gözümü,
Bu fani dünyaya yumanam sənsiz
25.04.2018.
Kayıt Tarihi : 25.4.2018 18:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!