Yozulmaz olub Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yozulmaz olub

Dərd könlümün hicabıdır,
Qəm hicranın niqabıdır.
Axırıncı məqamıdır,
Həsrət dözülməz olub.

Mənlə birgə çağlamısan,
Hönkürəndə ağlamısan,
Gözlərimi bağlamısan,
Fərəh sezilməz olub.

Qüssə içində batıram,
Dərdi ələmə qatıram.
Yaman narahat yatıram,
Röyam yozulmaz olub.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu