Azıb məhəbbətin ənginliyində,
Gedərək yox oldum,yox oldum,Allah.
Bezib ayrılığın zənginliyindən,
Həsrətə, hicrana tox oldum, Allah
Sənə addımlaram mən zaman-zaman,
Görüşsək Tanrıya xoş olacaqdır.
Daha inləmərəm mən kaman-kaman,
Vüsalın həsrəti boş olacaqdır.
Baxmadım varına, imkanına da,
Ömür yoldaşımı seçib getmişəm.
Gördüyün ayrılıq məkanına da,
Elə bu körpüdən keçib getmişəm.
Daha hicranın da şəst ilə durub,
Özünü ağıllı sanmayacaqdır.
Həsrətin yenə də yaman qudurub,
Yalançı olduğun danmayacaqdır.
Ayrılıq dərsini tez unudubdur,
Qılıncı qınından sıyrılmayacaq.
Əllərin əlimdən bərk-bərk tutubdur,
Sanıram bir daha ayrılmayacaq.
Kayıt Tarihi : 1.11.2019 15:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!