Yox imiş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yox imiş


Bulud dolu su tökürsən közümə,
Rəhm etmirsən yaşla dolu gözümə.
And içirəm, inanmırsan sözümə,
Dünya , sənin etiqadın yox imiş.

Üz vermirsən qəfil gələn qonağa,
Yaxşılığa sən qoyursan qadağa.
Bir kimsəni çəkməyirsən qabağa,
Dünya, sənin etimadın yox imiş.

Səndən dönsəm yəqin heç qınanmaram,
Sənə olan sevgimdə sınanmaram.
Daha şirin vədinə inanmaram,
Dünya, sənin etibarın yox imiş.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu