Ölüm kəhərə döndü,
Qüssə qəhərə döndü,
Acı zəhərə döndü,
Xonçadakı noğullar.
Qarı düşmən qan saldı,
Xalqım qələbə çaldı.
Yel vurdu, torpaq aldı,
Şəhid oldu oğullar.
Sənsiz Yer boş olacaq,
Düşmənə xoş olacaq.
Haqqqında qoşulacaq,
Əfsanələr, nağıllar.
Göz dolusu eylə seyr,
Torpaq yaşıl don geyir,
Qanlı hərbə yox deyir,
Sülh istəyən ağıllar.
Kayıt Tarihi : 8.4.2021 05:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!