Yox deyermi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yox deyermi

Mənim sənsiz hər günümə,
Ayrılıq “yox”deyərmi.
Xoş sədama, xoş ünümə
Göz yaşları dəyərmi.

Tökdüyümüz göz yaşının,
Hər qətrəsi bir ulduz.
Umduğumuz söz qaşını
İtirəsi sirr olduq.

Bu sirr daha çözülməyən
Röyalara yol açar.
Ağrısına dözülməyən
Ayrılığa qol açar.

Qıra bilsən qollarını
Bu əzabın, acının.
Al gül alsın yollarını
Məhəbbətin tacının.

Yaqutu, ağ mirvarisi,
Sevincimə bələnsin.
Varmış eşqin min varisi,
Səmadan nur ələnmiş.

Biz bu nurun işığında,
Böyüyərək artarıq.
Xoşbəxtliyin qatarını,
Arxamızca dartarıq.

Bu qatarın hər vaqonu,
Xatirələr məskəni.
Bəzən ani tıqqıltıdan
Duyğularım səksənir.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.10.2019 15:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu