Al libaslar geyməmişəm,
Dərdi yavan yeməmişəm.
Son sözümü deməmişəm,
Hələ basma üzəngini.
Lal könlümü qoparmısan,
Özünə tay taparmısan?
Ümidimi aparmısan,
Uzaqlara üzən gəmi.
Sən dənizi sevəmməzsən,
Ürəyini verəmməzsən.
Eh, dibini görəmməzsən,
Yosun örtüb üzərini.
Kayıt Tarihi : 29.4.2018 16:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!