Yorğun düşer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yorğun düşer

Nəyin var xar isitcək,
Soyuğunda üşütcək.
Yalanını eşitcək,
Yadıma doğrun düşər.

Nə göydəyəm, nə yerdə,
Bəxt bildiyin edir də.
Eh, bilmədin qədir də,
Araya çovğun düşər.

Hara uçub xəyalın,
Azalmır dərd-məlalın.
Unudulmuş camalın,
Fikrimə oğrun düşər.

Qələm-kağız götürmə,
Imtahana ötürmə.
Elə ilk biletimə,
Sualın-sorğun düşər.

Dönüb qul-kənizlərə,
Qəm çölün təmizlərəm.
O qədər əzizlərəm,
Xatirən yorğun düşər.
19.07.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 19.7.2018 07:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu