Eh, özümü itirmişəm,
Gül içrə xar bitirmişəm.
Qını çəkib oturmuşam,
Bir halımı soran yoxdur.
Mən günəşdən tac almışam,
Ay-ulduzdan bac almışam.
Deyən daha qocalmışam,
Yollarımı yoran yoxdur.
Sanma çılpaqdır ətrafım,
Yaşıl yarpaqdır ətrafım.
Münbit torpaqdır ətrafım,
Bircə qarış şoran yoxdur.
Olanları öncələrim,
Sakitləşib dincələrim.
İşıqlıdır gecələrim,
Qəfil düşən toran yoxdur.
Yurdum odlar ölkəsidir,
Şeir-sözün kölgəsidir.
Bura aran bölgəsidir,
Şaxta,tufan, boran yoxdur.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2025 07:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!