Günə doğru qaçmayacaq,
Min bir ətir saçmayacaq.
Daha çiçək açmayacaq,
Ümidlərim donub, gülüm.
Baxma hədər ağacıma,
Su tök qədər ağacıma.
Mənim kədər ağacıma,
Hicran özü qonub, gülüm.
Yel aparar göy tüstünü,
Şeh örtübdür gül üstünü.
Ağ mərmərdən qəm büstümü,
Tanrı əli yonub, gülüm.
Kayıt Tarihi : 29.6.2018 10:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!