Qurban yazı yazana,
Sevdasında azana.
Sənə doğru uzanan
Yollar yoruldu axı.
Səhraya axar çaylar,
Canlılara su paylar.
Gör keçdi neçə aylar,
Illər sovruldu axı.
Gecələri aylayan,
Gündüz nəzir paylayan,
Hey səni haraylayan
Dillər qovruldu axı.
Tanrı bizə bəxş edir,
Sonaları rəqs edir,
Güzgü kimi əks edir,
Göllər duruldu axı.
Uzaq durma əməkdən,
Qaçma dosta köməkdən.
Həsrətini çəkməkdən
Tellər buruldu axı.
Daş dəyibdir harana,
Məlhəm olum yarana.
Sərin dağdan arana,
Ellər sürüldü axı.
Kayıt Tarihi : 25.2.2021 05:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)