Səhər yuxusundan tezdən oyan, qal
Günəşin rənginə sən də boyan, qal.
Dörd yanı bürüyüb ot, tikan-qanqal,
Qızılgül ətirli kollar görünmür.
Suların örtüyün büzür gəmilər,
Sis-duman içində üzür gəmilər,
Intizar içində üzür gəmilər,
Adadan adaya yollar görünmür.
Hicranın daşına çıxıb durmusan,
Vüsalın evini yıxıb durmusan.
Nədəndir köksünə sıxıb durmusan,
Məni qucaqlayan qollar görünmür.
14/11/2017
Kayıt Tarihi : 29.4.2018 16:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!