Yenə də bürüdü dünyamızı çən,
Donub da qalmışam qaranlıqda mən.
Gələrdin hər işin öhdəsindən sən,
Mərəz qarşısında gücsüzü oldun.
Fələk diyirlədər daşı aşağı,
Yaşadın sadəcə başı aşağı.
Hey axır gözümün yaşı aşağı,
Dünyanın ən safı, suçsuzu oldun.
Gedənlər geriyə qayıtmır, bilsən,
Qar-tufan yatanı ayıltmır, bilsən.
Ayrılıq həsrəti bayıltmır, bilsən
Səndəmi bu yolun yolçusu oldun.
Kayıt Tarihi : 28.3.2022 08:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/yolcusu-oldun.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!