Yolayrıcında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yolayrıcında

Durmusan iki yol ayrıcında sən,
Özündə bilmirsən hara gedəsən.
Birindən o baxır, sakit, həyalı,
Birində durmuşam fikrli, xəyallı.

Birindən boylanır üz gülümsər.
Üzümdə qalmayıb gülüşdən əsər.
Onun camalında min yalvarış var.
“Geri dön”-söyləyənbir çağırış var.

Mənimsə gözlərim deyil narahat,
Şalış öz sevginə, muradına çat.
Qayıt. Qayıt. Səni gözləyir o qız,
Qayıt, qoyma onu kimsəsiz, yalqız.

Eybi yox, dözərəm mən sənsizliyə,
Səadətinə mane olmayım deyə.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!