Yandırma ocağı soyumuş közlə,
Küsdürmə qəlbimi bir acı sözlə.
Qurbanı olduğum, təki sən gözlə,
Hamıdan gizlincə, hamıdan oğrun.
Yol olur gəlirim mən sənə doğru.
Dolaşıq ümidlər qatar-qatardır,
Ayrılıq masmavi göldə batardı.
Könlümün mülkündə vüsal yatardı,
Həsrəti, hicranı sayməşam oğru.
Yol olur gəlirim mən sənə doğru.
Məni sənsizliyin acısı yaxdı,
Qəlbimə somsoyuq suları axdı.
Səmada sevginin şimşəyi çaxdı,
Ulduzlar sayrışdı zülmətdə yorğun,
Yol olur gəlirim mən sənə doğru…
Kayıt Tarihi : 19.3.2020 10:51:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/19/yol-olur-gelirim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!