Alışmayan közsən ki,
Dili acı sözsən ki,
O qədər acgözsən ki,
Gözünü sarmış yemək.
Dərdin evin yıxmısan,
Fərəhin əlin sıxmısan.
Çətinlikdən çıxmısan,
Demək ki varmış kömək.
Bu da bir cür oyundur,
Sadiq olmaq soyundur,
Buludlar qol-boyundur,
Yağacaq yağış, demək.
Sevmədiyim qarğışdır,
Sevdiyimsə alqışdır.
Dostum, qapıda qışdır,
Soyuqdur, yığış gedək.
Kayıt Tarihi : 28.3.2022 07:54:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/yigis-gedek.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!