Uca boyunu görməyə,
Gözəl soyunu görməyə,
Sənin toyunu görməyə,
Mənim ömrüm yetməz, quzum.
Istiliyin, sazaqlığın,
Yaxınlığın, uzaqlığın,
Sənin dəcəl uşaqlığın,
Göz önündən getməz, quzum.
Sənsən mənim şirin nəvəm,
Var-dövlətim, malım-dəvəm.
Söylə mənə, hansı sevən,
Dediyin etməz, quzum.
Kayıt Tarihi : 6.1.2023 16:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!