Qında kəsər qılıncın da,
Islanmaz ki balıncın da.
Durmuşam yol ayrıcında,
Sənə gedim, ya getməyim.
Sən bir sevda müfəttişi,
Çoxmu sevirsən təftişi?
Əmr etməkdir yalnız işin.
Əməl edim, ya etməyim
Nə deyim alın yazıma,
Kim dözər işvə nazıma.
Qəlbimdəki murazıma,
Indi yetim, ya yetməyim?
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!