Biz günəşin zərrəsindən yarandıq,
Gilavarın əlləriylə darandıq.
Gecə zülmət, gecə yaman qaranlıq,
Aydınlığı gətir mənə, ay qızım.
Ürəyim doludur yüz arzu, kamla.
Kədərdən qorunmam min istehkamla.
Gənclik güclü olur, lap bircə damla,
O gücündən ötür mənə, ay qızım.
Çoxdandır ki.ipək telin burmuram,
Öz əlimlə ona ətir vurmuram.
Bilirsən ki.səndən ayrı durmuram,
Tez özünü yetir mənə, ay qızım.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!