Yetim uşağa dönmüşəm,
Bir az qorxaq,
Bir az çəkingən,
Bir az da ağlağan.
Kim üzümə gülür
Ona tərəf gedirəm,
Kim başıma sığal çəkir
Ona qısılıram.
Bir az kövrək olmuşam,
Bir az sözə baxan,
Bir az da üzü yola.
Gümana sarılmış umudla,
Hönkürtüyə bələnmiş
Gülüşlə
Yola çıxıram.
Qarşılayacaq kimsəm yox,
Yola salacaq,
Dalımca bir udum aydınlığa
Su atacaq canyananım.
Kimsəsiz,tənha boynu bükük
Yetiməm.
Varım vardı aldılar,
Elim vardı dandılar.
Yolum,dağım,aranım,ormanım
Evsiz-eşiksiz oldum,
Yurdsuz-yuvasız oldum.
Mənzilim çox uzaqdır,
Dostum da sirdaşım da gözləri işıldayan bir tənha Yalquzaqdır.
Mənzilim çox uzaqdır.
Nə gözləyənim var,nə "gəl" deyənim.
Saralmış gözümün kökü
Nə gedənim gəldi,
Nə bir gələnim
Dərdimi bildi,
Kim üzümə güldü
Ayaqlarım ona yüyürdü,
Ama yetmədi ümidinə.
T.MƏĞRUR
Kayıt Tarihi : 19.6.2023 20:30:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!