Hicrandandır,həsrətdəndir qorxumuz,
Elə geri fırlandı bəxt çarxımız.
Böyümədi,enləşmədi arxımız,
Arazlaşıb Kürləşmədi,neynəyim.
Qəlb ağacım libas geyib xəzəldən,
Söz-söhbətim müxəmməsdən,qəzəldən.
Ulu Tanrım belə yazıb əzəldən,
Taleyimiz birləşmədi,neynəyim.
Şimşək olub göy səmamda çaxdılar,
Lal könlümü yandırıban yaxdılar.
Dərd-sərimi suya verdim,axdılar
Ürəyimə yerləşmədi,neynəyim
Kayıt Tarihi : 20.6.2018 16:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!