Yeraltı çaylar kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yeraltı çaylar kimi

Göydən yerə enməsin,
Ulduzumuz sönməsin.
Acı dillər dönməsin,
Mürəkkəb saylar kimi.

Işıqlı Şərq olmuşam,
Dünyaya bərq olmuşam.
Kədərə qərq olmuşam
Hüznlü aylar kimi.

Belə gəldi zamana,
Baxmaz anda-amana.
Həsrət qaldıq kamana,
Bəzəkli yaylar kimi.

Əcəl verərsə aman,
Olar qəlbimə daman.
Görüşərik bir zaman,
O tat-bu taylar kimi.

İncitək dürrləşərik,
Gizlənib sirrləşərik.
Dənizdə birləşərik
Yeraltı çaylar kimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.10.2021 06:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu