Sirrimi demərəm aynaya, bilər,
Danışsam yer-yerdən oynaya bilər.
Ürəyim doludur, qaynaya bilər,
İçimi tökməyə şer ver, İlahi.
Qocalıq qapını döyübdür daha.
Onun hər addımı gəlir çox baha.
İstərəm özümlə qalım tək-tənha,
Baş alıb getməyə yer ver, İlahi
Suyunu azaltma sən Xəzərimin,
Biulurdlar bağlasın qoy üzərini.
Heç əskik eyləmə sən nəzərini,
Sevgini bolluca ver, ver İlahi.
Dəyişmə üzümün ifadəsini,
Sarsıtma könlümün iradəsini.
Bacarram hər türlü idarəsini,
Məni söz şəhrinə mer ver, İlahi.
Bürüsün yer üzün sünbüli-süsən,
Soyuqdan inciyən,istidən küsən.
Bir az qırıldadım ingiliscə mən,
Uzaq yad ölkədən ser ver, İlahi.
Kayıt Tarihi : 22.12.2025 15:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!