Yeni ilin ilk günü,
Mümkün et namümkünü.
Bolluca fərəh gətir,
Işıqlı səhər gətir.
Kitabımız oxunsun,
Söz ürəyə toxunsun.
Qızılgüllər açılsın,
Rahiyəsi saçılsın.
Xoşbəxt olsun uşaqlar,
Həm yaxınlar, uzaqlar.
Daha mehriban olaq,
İki ürək, bir can olaq.
Zirvəsində qara bax,
Azad olsun Qarabağ.
Tale bizə yar olsun,
Yaxşı dostlar var olsun.
01.01.2020.
Saat 4.52.
Kayıt Tarihi : 9.1.2020 08:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!