Yeni il gəlir,özüylə
Bolluca fərəh gətirir.
Alışacaq od-közüylə,
Işıqlı səhər gətirir.
Işığında bu şəhərin,
Uzaqlara yol alarıq.
Qoynundaca bu şəhərin,
Yaxın dost, həmrəy olarıq.
Yeni ilin al şəfəqi,
Günəş kimii şıq saçır.
Nur edibdir hər tərəfi,,
Qara zülmət qorxub qaçır.
Gəlin dostlar, bir yerdəcə
Şənlənərək şad olaq biz.
Tarixə zər hərflərlə,
Yazılacaq ad olaq biz.
Bu gün həmrəylik günüdür,
Nəğmə deyib rəqs edək biz.
Xalqımın toy-düyünüdür,
Sevincimiz coşqun dəniz...
Kayıt Tarihi : 10.12.2019 07:11:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/12/10/yeni-il.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!