Yeni il, gəlişinlə
Sevinc, səadət gətir.
Şipşirin gülüşünlə,
Sevgi, məhəbbət gətir.
Sən gəl.Addıım səsindən,
Bütün dünya titrəsin.
Alovlu nəfəsindən,
Parlasın nur qətrəsi.
Bu il Qarabağımın,
Azadlıq ili olsun.
Mənim cənnət bağımın,
Qara tikanı solsun.
Göz yaşları tökməyək,
Vətən darda qalmasın.
Dərddən yerə çökməyək,
Şəhidimiz olmasın.
Vətənimdə al-əlvan,
Güllər bitsin hər zaman.
Nəğmə desin qız-oğlan,
Yaşayaq şən, firavan.
Kayıt Tarihi : 30.12.2019 06:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!