Yene de sen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yene de sen

Qapınıca açıram,
Yenə də qarşımda sən.
Küləyindən qaçıram,
Arxamca yel tək əsən...

Daha inanmıram mən,
Söylədiyin nağıla.
Havalı başım həmən,
Daha gəlib ağıla.

Sənin qaranlıq sevdan,
Evimi də yıxmışdı.
Dedin ulduzdan, aydan
Ürəyimi sıxmışdın.

Elə bil yer adamı
Deyildim mən əzəldən.
Suda batdı adamız,
Su don geydi xəzəldən.

O xəzəl arzuların,
Yarımçıq qalmasıydı.
Qar yağdı narın-narın,
Həsrətin çalmasıydı.

Bu qocaman həsrətin
Cavanlığı olubmu?
Görəsən məhəbbətin
Sevda gülü solubmu?

Solubmu vüsalımın
Al rəngli qızılgülü?
Görüş ehtimalımın,
Parlamır zərif tülü.

O tülü gün yandırıb,
Ayrılıq küləyiylə.
Insanlar böyük olur
Sevdalı ürəyiylə....

Sevinc Arzulu
Kayıt Tarihi : 15.11.2019 07:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu