Neçə ilin dostuyuq,
Iki əsrin bacısı.
Gözəl şeir tostuyuq,
Şirindir, yox acısı.
Yeganə müəllimə,
Deyir sənə uşaqlar.
Sən ömrümdə zər ilmə,
Yaxın olsun uzaqlar.
Mənim əziz rəfiqəm,
Uşaqlığın sirdaşı.
Ad günün xoş dəqiqəm,
Mübarəkdir hər yaşın.
Təbrik edirəm səni,
Cani-dildən, Yeganəm.
Billəm, sevirsən məni,
Min könüldən, Yeganəm.
Bir zamanlar necə şən,
Günümüz olub bizim.
Ildir yarpaq tək düşən
Xoşbəxt ol, ay əzizim.
Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 15:46:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/12/23/yeganem-3.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!