Xəyallar heyrətə geyir əynimi
Günəşin çıxması açmır eynimi.
Suallar yamanca yorur beynimi,
Dünyanın sonuncu nöqtəsindəyəm..
Sənin hər söhbətin, gülüşün saxta,
Mən necə sevinib əl çalım baxta.
İndiki zamanda , indiki vaxtda,
Dünyanın yeddinci qitəsindəyəm.
Həsrətin dənizdə üzən ağ gəmi,
Tufana dözmədi ömür yelkəni.
Fərəhli anlarda axtarma məni.
Fələyin kədərə diqtəsindəyəm.
Kayıt Tarihi : 6.1.2023 16:21:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!