Fələk tezcə gələr fərmanı ilə,
Təbibim yetişər dərmanı ilə.
Bəzən ürəyimin al qanı ilə,
Bəzən göz yaşıyla yazılır şeir.
Fərəhlə tən olsun mənim hər dəmim,
Kədər elçisidir telin hər dənim
Mənim könül dostum, ürək həmdəmim.
Qəlbuimə qan ilə qazılır şeir.
Şair qələmini yerə qoymayır,
Söz sözü gətirir.Şair doymayır.
Bəzən bulaq kimi elə qaynayır,
Bəzən asta-asta sızılır şeir.
Bəzən heç nə bitmir.Torpağım şoran,
Varmıdır həyatda halımı soran.
Ona təsir etməz nə yağış, boran,
Qayanın üstünə cızılır şeir.
Deyəsən fələyin payı qalıbdır,
Köksümün altında tayı qalıbdır.
Neçə min olacaq sayı qalıbdır,
Kim deyir tükənir, azalır şeir.
Naməhrəm baxışdan sozalır şeir.
Kayıt Tarihi : 13.12.2021 10:54:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!